Saakaşvilinin xəstəxanadan fotoları yayıldı
10 dekabr 2022 00:24 (UTC +04:00)

Saakaşvilinin xəstəxanadan fotoları yayıldı

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan fotolar paylaşılıb. 

Lent.az APA-ya istinadla xəbər verir ki, “Formula” televiziya kanalının paylaşdığı fotolarda sabiq Prezident halsız və zəifləmiş görünür. Məlumatda fotoların 1 ay əvvəl çəkildiyi və bu müddətdə Mixeil Saakaşvilinin daha 10 kiloqram çəki itirdiyi qeyd olunub. 

Xatırladaq ki, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili 2021-ci ilin oktyabrından həbsdədir. O, səhhətində yaranmış problemlərlə əlaqədar uzun müddətdir Tbilisidəki klinikalardan birində müalicə alır. Sürətlə çəki itirdiyi bildirilən Saakaşvili səhhətindəki problemlərlə əlaqədar məhkəmə dinləmələrində iştirak edə bilmir. Sabiq Prezidentin ailə üzvləri və vəkilləri onun civə və arsen kimi maddələrlə zəhərlənməsinə dair iddialar səsləndiriblər. Saakaşvilidən götürlən saç və dırnaq nümunələrində sözügedən maddələrin aşkarlandığı bildirilib. Tərəfdarları onun müalicə üçün xaricə göndərilməsini tələb etsələr də, hakimiyyət nümayəndələri belə bir addımın Saakaşvilinin azadlığa buraxılması anlamına gələcəyini, bu səbəbədən belə bir güzəştə razı olmayacaqlarını bildirirlər.
 

# 1074
avatar

Oxşar yazılar

Körpə işgəncə ilə öldürüldü:  anası və 3 kişi tutuldu

Körpə işgəncə ilə öldürüldü: anası və 3 kişi tutuldu

28 yanvar 2023 , 18:04
Səfirliyimizə hücumdan sonra Tehran küçələrinə bu şüarlar yazıldı - FOTO

Səfirliyimizə hücumdan sonra Tehran küçələrinə bu şüarlar yazıldı - FOTO

28 yanvar 2023 , 16:37
Ukrayna ordusu öz qırıcısını vurdu

Ukrayna ordusu öz qırıcısını vurdu

28 yanvar 2023 , 16:23
Güclü meşə yanğını başladı, sakinlər   təxliyə edildi

Güclü meşə yanğını başladı, sakinlər təxliyə edildi

28 yanvar 2023 , 08:44
Şəhərdə daşqın: Ölənlər var

Şəhərdə daşqın: Ölənlər var

28 yanvar 2023 , 08:15
Yük maşını aşdı, 63 yaşlı sürücü öldü

Yük maşını aşdı, 63 yaşlı sürücü öldü

28 yanvar 2023 , 07:33
Bayden Netanyahuya kömək təklif etdi

Bayden Netanyahuya kömək təklif etdi

28 yanvar 2023 , 06:22
Dənizin rəngi dəyişdi

Dənizin rəngi dəyişdi

28 yanvar 2023 , 04:18