“Vaqner” özəl hərbi şirkətinn muzdluları həqiqətən Baxmut şəhərinin ətrafındakı mövqelərini tərk etməyə başlayıblar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,
bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
"Baxmut ətrafında düşmən “Vaqner” hissələrini nizami ordu hissələri ilə əvəz etdi. Baxmut şəhərinin özündə isə vaqnerlilər hazırda qalırlar. Qoşunlarımız şəhərin cənub-qərb hissəsində, “Təyyarə” bölgəsinə nəzarət edir", - Malyar yazıb.
Onun sözlərinə görə, indi Baxmut istiqamətində olan düşmən artilleriya atəşi ilə Ukrayna Silahlı Qüvvələrinin cinahlar boyu irəliləməsini dayandırmağa çalışır. Ruslar onları gücləndirmək üçün cinahlara əlavə birliklər gətirirlər.
Bir həftə əvvəl “Vaqner”in rəhbəri Yevgeni Priqojin muzdluların Baxmutdan geri çəkildiyini elan edib.