Rusiyanın Çelyabinsk vilayətinin Sim şəhərində səhər saat 7-dən axşam 23-ə kimi dəfn prosesi gedir.
Lent.az Rusiya KİV-ə istinadən bildirir ki, dəfn olunanlar koronavirusdan dünyasını dəyişənlərdir. Tatyana adlı şəhər sakininin sözlərinə görə, meyitlər qapalı tabutlarda və əlavə polietilen pakerlərə bükülərək basdırılır.
O bildirib ki, hazırda qəbiristanlıqdakı dəfn lövhəsində növbədə12 nəfər var.