Rusiyanın Yekaterinburq şəhərində ana və qızını döyən ikinci azərbaycanlı da saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu 16 yaşlı, Namiq adlı texnikum tələbəsidir.
Qeyd edək ki, bundan əvvəl isə Dəmiryol Texnikumun tələbəsi, Masallıdan olan 17 yaşlı Röyal Qasımov saxlanmışdı.
***
18 fevral Saat 19:40
Bu gün səhərdən Rusiyanın Yekaterinburq şəhərində polis və OMON kütləvi reydlərə başlayıb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumata görə, belə reydlərdən biri Ural regionunun ən böyük ticarət obyekti 4 nömrəli meyvə-tərəvəz bazasında olub. Belə ki, həm bu bazada, həm də şəhərin digər bazarlarında işləyən miqrantlar təkidlə yoxlanılır, onların iş icazəsi sənədləri araşdırılır.
Bu ticarət obyektlərinin qarşısına onlarla polis maşını və xüsusi avtobuslar gətirilib. Sənədlərində xırda qüsur olan miqrantlar həmin maşınlara doldurularaq aparılır.
Saxlanılanlar arasında xeyli azərbaycanlı da var.
Xatırladaq ki, bir qədər əvvəl iki şəhər sakini ana və qızı miqrantlar tərəfindən döyülüb. Bu isə vilayətdə qəzəbə səbəb olub. Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev məsələni öz diqqətinə götürüb.
İnsidentdə iştirak edənlər arasında bir azərbaycanlı da olub. Ural Dəmiryolları texnikumunun 17 yaşlı tələbəsi Röyal Qasımov həbs edilib.