Rusiyada amerikalı kişi uşaqlarını zorlamaqda ittiham olunur.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, hadisə ilə əlaqədar uşaqların anası polisə müraciət edib. Onun sözlərinə görə, 7 və 11 yaşlı iki oğlu dəfələrlə Moskvada yaşayan atalarının yanına gedərkən zorlanıblar.
Qadın, həmçinin, hadisənin bir neçə il əvvəl törədildiyini bildirib.
Faktla əlaqədar hüquq-mühafizə orqanları həmin şəxsi Moskvada saxlayıb.
Araşdırmalar davam etdirilir.