Rusiyada partlayış nəticəsində ölənlərin sayı 5-ə çatdı
09 sentyabr 2021 05:49 (UTC +04:00)

Rusiyada partlayış nəticəsində ölənlərin sayı 5-ə çatdı

Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yaşayış binasında qaz sızması zamanı baş vermiş partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb.

APA xəbər verir ki, bu barədə TASS-a Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti Baş İdarəsindən məlumat verilib.

“Həyatını itirən beşinci şəxsin cəsədi dağıntılar altından çıxarılıb”, - deyə mənbə bildirib.

Məlumata görə, cəsədi tapılan uşaqdır, hazırda iki nəfərin taleyi naməlum olaraq qalır.

Hazırda axtarış-xilasetmə işləri davam edir. Son məlumata görə, hadisə nəticəsində ikisi uşaq olmaqla, 15 nəfər xəsarət alıb. Altı yaralı xəstəxanaya yerləşdirilib.

# 1242
avatar

Oxşar yazılar