Rusiyada məşhur institutda yanğında ölənlərin sayı artdı
24 aprel 2022 23:19 (UTC +04:00)

Rusiyada məşhur institutda yanğında ölənlərin sayı artdı

Rusiyanın Tver şəhərində Hərbi Kosmik Müdafiə Qüvvələrinin Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı 17 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə TASS Fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, dağıntılar arasından daha 6 cəsəd çıxarılıb. Yanğında ölənlərin sayı 17-yə çatıb.

Qeyd edək ki, aprelin 21-də baş verən yanğında 2 500 kvadrat metr ərazi yanıb. Xilasedicilər 98 nəfəri təxliyə edib, 54 nəfər xilas olunub. Hadisə nəticəsində otuzadək insan zərər çəkib. İlkin ehtimala görə, hadisəyə elektrik şəbəkəsinin qəza rejimində işləməsi səbəb olub. Yanğınsöndürənlər hadisə yerinə gec çatdığı üçün alovun miqyası genişlənib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977
avatar

Oxşar yazılar