Rusiyanın 11 regionunda son sutkada 30 meşə yanğını söndürülüb.
Lent.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Söndürülmüş meşə yanğınlarının ümumi sahəsi 175 hektar olub.
Yanğınların söndürülməsində min nəfər şəxsi heyət, 211 vahid texnika, o cümlədən aviasiya iştirak edib.