Rusiya Ukraynanı sualtı qayıqlarla da vurur: “Kalibr” raketləri...
23 aprel 2022 13:58 (UTC +04:00)

Rusiya Ukraynanı sualtı qayıqlarla da vurur: “Kalibr” raketləri...

Rusiya Ukraynaya raket zərbələri endirmək üçün sualtı qayıqlardan da istifadə edir.

Lent.az xəbər verir ki, bu barədə Ukraynanın telegram kanalları məlumat yayıb.

Bildirilir ki, Rusiya qoşunları Qara dənizdə 4 sualtı qayıqdan “Kalibr” raketləri ilə Ukraynanı vurur. Məlumatda qeyd olunur ki, “Moskva” kreyserinin batmasından sonra sualtı qayıqlardan daha tez-tez istifadə etməyə başlanılıb.

Söhbət Rusiya sualtı qayıqlarının "877 Halibut” layihəsindən gedir. Raketlər həmin qayıqlardan 50 metrə qədər dərinlikdən buraxılır. Buna səbəb isə radarların və peyklərin onları effektiv şəkildə ələ keçirməsinə mane olmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2454
avatar

Mehman Nəbiyev

Oxşar yazılar