Rusiya-Ukaryna müharibəsi necə bitəcək? -  AÇIQLAMA
26 aprel 2022 02:07 (UTC +04:00)

Rusiya-Ukaryna müharibəsi necə bitəcək? - AÇIQLAMA

“Ukraynadakı münaqişə müqavilə ilə başa çatacaq”.

Lent.az xəbər verir ki, bu bardə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalda Böyük Oyun proqramındakı çıxışında bildirib.

Onun sözlərinə görə, müqavilənin parametrləri hərbi əməliyyatların mərhələsi ilə müəyyən ediləcək.

“Silahlı qüvvələrin tətbiqi zamanı hər bir vəziyyətdə olduğu kimi, əlbəttə ki, hər şey müqavilə ilə başa çatacaq, lakin bu müqavilənin parametrləri bu müqavilənin reallaşacağı hərbi əməliyyatların mərhələsi ilə müəyyən ediləcək”, - deyə nazir bildirib.

Lavrov bildirib ki. Ukrayna tərəfi ilə sülh nizamlanmasının konturları arasında əlaqə var.

“Biz, əlbəttə ki, hər şeydən əvvəl Ukrayna xalqının necə yaşayacağına özü qərar verməsini istəyirik”, - deyə Lavrov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190
avatar

Oxşar yazılar