Belarus prezidentliyinə keçmiş namizədin oğlu  Ukraynada öldü
21 oktyabr 2025 17:33 (UTC +04:00)

Belarus prezidentliyinə keçmiş namizədin oğlu Ukraynada öldü

0

Belarusda prezidentliyə keçmiş namizəd Dmitri Ussun oğlu İvan Uss Rusiya tərəfində döyüşərkən Ukraynada ölüb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, onun 2010-cu ildə Belarus prezidentliyinə namizəd olmuş Dmitri Ussun oğlu olduğu bildirilir.

Məlumata görə, İvan Uss bu il yanvarın 17-də Rusiya silahlı qüvvələri ilə müqavilə imzalayıb. Onun qışın sonunda və ya yazın əvvəlində öldüyü ehtimal edilir.

Onun tərcümeyi-halı mübahisəlidir:

* O, əvvəllər “Vkontakte” sosial şəbəkəsində rusiyayönlü “Antimaydan Minsk” qrupunun administratoru olub.

* Bununla belə, 2020-ci ildə oğul Uss Aleksandr Lukaşenko rejiminə qarşı etirazlara qoşulub və hətta etiraz yürüşündə iştirak etdiyi üçün 15 sutka həbs cəzasına məhkum edilib.

Mərhumun atası Dmitri Uss biznesmendir. 0,4 faizdən az səs topladığı 2010-cu il seçkilərindən sonra o, kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinərək həbs edilib. Lakin 5 ay sonra əfv olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar