Rusiya öz qoşunlarını Ukraynanın Donetsk vilayətinin Liman şəhərindən çıxarıb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmisi İqor Konaşenkov bildirib ki, bu qərar hərbçilərin mühasirədədən qurtarılması üçün verilib.
Məlumatlara görə artıq Ukrayna qoşunları Liman şəhərinə daxil olub.