G7 ölkələrinin Almaniyada keçiriləcək zirvə görüşündə Rusiyaya qarşı yeni sanksiya elan ediləcək.
Lent.az xəbər verir ki, bu barədə “Blommberg” agentliyi məlumat yayıb. Agentlik iddia edir ki, zirvə görüşündə liderlər G7 ölkələri üçün Rusiya qızılına embarqo tətbiq edəcəklər. Bununla da Rusiya dünya bazarındakı payının bir hissəsini itirəcək.
Agentlik daha sonra bildirir ki, artıq Moskva G7-yə üzv olmayan ölkələr arasında qızıl üçün yeni bazarlar axtarır.