Rusiya oliqarxlarına NÖVBƏTİ SANKSİYALAR
09 mart 2022 21:15 (UTC +04:00)

Rusiya oliqarxlarına NÖVBƏTİ SANKSİYALAR

Rusiyada 160 oliqarx sanksiya siyahısına daxil ediləcək. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyasının sədri Ursula Von Der Leyen açıqlayıb.

bildirib ki, Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək:

“Rusiya parlamentinin yuxarı palatası, Federasiya Şurasının üzvləri və oliqarxlardan ibarət 160 nəfərin sanksiya siyahısına alınacaq. Rusiyaya dəniz naviqasiyası və radiokommunikasiya texnologiyalarının ixracı da qadağan ediləcək”.

Bundan başqa o qeyd edib ki, kripto aktivləri də sanksiyalar siyahısına daxil ediləcək:

“Belarusiya banklarına da sanskiyalar tətbiq olunacaq”.

Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi son qərarla hazırda sanksiya siyahısında 862 şəxs və 53 təşkilat var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2221

Oxşar yazılar