Rusiya Odessaya hücuma hazırlaşır: Helt gəmisi  MƏHV EDİLDİ
03 mart 2022 18:30 (UTC +04:00)

Rusiya Odessaya hücuma hazırlaşır: Helt gəmisi MƏHV EDİLDİ

Bir qədər əvvəl Odessa limanı yaxınlığında Helt ticarət gəmisi məhv edilib. 

Lent.az bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Qeraşinko məlumat yayıb. 

Onun dediyinə görə, Rusiya hərbi gəmilərinin yaylım atəşi nəticəsində Helt batıb. Panama bayrağı altında üzən gəminin ekipajı həlak olub.

Bu arada Ukrayna Təhlükəsizlik Şurasının katibi Andrey Danilov Odessaya Rusiya Hərbi birləşmələrinin hücum planı hazırladığını bildirib. 

Az öncə isə bu həyəcanlı xəbəri Odessadakı Azərbaycan diasporunun liderlərindıən olan Anar Ağazadə də sosial şəbəkədə təsdiqləyib:

“Hörmətli dostlar. Savaş bizim sahillərə doğru yaxınlaşır. Əhval-ruhiyyə yerindədir. Şəhərin müdafiəsi təşkil olunub. Soydaşlarımızdan xahiş edirik, stənilən dəyişən vəziyyətdə panikaya qapılmasınlar!”
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2338

Oxşar yazılar