Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.
Lent.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Azov” alayı “Telegram” kanalında xəbər yayıb.
Qeyd edilir ki, Mariupolda drondan zəhərli maddə atılıb.
Məlumata görə, zərərçəkənlərdə tənəffüs çatışmazlığı və digər əlamətlər var.