Rusiya danışıqlar zamanı Ukraynada əməliyyatı dayandıracaq? – Lavrovdan  CAVAB
03 mart 2022 14:23 (UTC +04:00)

Rusiya danışıqlar zamanı Ukraynada əməliyyatı dayandıracaq? – Lavrovdan CAVAB

Rusiya hətta danışıqlar zamanı belə Ukraynada xüsusi əməliyyatı davam etdirəcək və Kiyevə Moskvanı təhdid edən hərbi infrastrukturu xilas etməyə imkan verməyəcək. 

Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

XİN rəhbəri Rusiya və Ukrayna arasında sülh sazişinin məcburi bəndini də açıqlayıb. Nazir qeyd edib ki, sazişdə Moskvanı təhdid edən silahların məhv edilməsi ilə bağlı bənd mütləq yer almalıdır.

Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların birinci raundu fevralın 28-də baş tutub və 5 saatdan çox davam edib. Növbəti danışıqların bu gün baş tutacağı gözlənilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2156

Oxşar yazılar