Rəsmi Moskva Çexiyanın Rusiyadakı Səfirliyinin 20 diplomatını “persona non-qrata” elan edib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Çex diplomatları aprelin 19-dək Rusiyanı tərk etməlidirlər.
Qeyd edək ki, bundan əvvəl Çexiyanın Rusiyadakı səfiri Vitezslav Pivonka rus diplomatlarının qovulmasına kəskin etiraz olaraq XİN-ə çağırılmışdı.