Malaziya vətəndaşı olan ruhi xəstə Sinqapurda edam edilib.
Lent.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə onu bacısı Sarmila məlumat verib.
“Beynəlxalq çağırışlara məhəl qoymayaraq Sinqapur qardaşımı edam etdi. Biz ailəliklə şokdayıq” – deyə sarmila bildirib.
Heroin qaçaqçılığında ittiham edilən Nagentran Darmalinqam 2009-cu ildə Sinqapura gələrkən kiçik doza narkotik vasitə ilə yaxalanmışdı. Bir il sonra isə məhkəmə onu ölüm cəzasına məhkum edib. Beynəlxalq təşkilatlar Sinqapur hökumətinə edamı dayandırmaqla bağlı çoxsaylı çağırış edib.
Qeyd edək ki, Sinqapur narkotiklə bağlı ən sərt qanunların olduğu ölkələr sırasındadır.