Roma statutu qüvvəyə mindi, Putin Ermənistana gəlsə tutulacaq
14 oktyabr 2023 13:13 (UTC +04:00)

Roma statutu qüvvəyə mindi, Putin Ermənistana gəlsə tutulacaq

Ermənistan prezidenti Vaahn Xaçaturyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb.

Lent.az erməni mediasına istinadla bildirir ki, bu barədə Ermənistan prezidentinin saytında məlumat verilib.

Xatırladaq ki, Roma statutunu qəbul edən ölkələr Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını icra etmək öhdəliyi götürür.

Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində saxlanılma qərarı çıxarıb.

Sənəd qüvvəyə mindiyindən Putin Ermənistan ərazisinə səfər edəcəyi təqdirdə həbs olunaraq, Haaqa tribunalına verilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3153
avatar

Oxşar yazılar