Qvineya qiyamçılarının lideri: "Hökumətin səhvlərini düzəltmək istəyirik"
06 sentyabr 2021 08:23 (UTC +04:00)

Qvineya qiyamçılarının lideri: "Hökumətin səhvlərini düzəltmək istəyirik"

Qvineyada hərbi qiyamçıların lideri polkovnik Mamadi Dumbuya ölkə prezidenti Alfa Kondenin təhlükəsiz bir yerdə nəzarət altında olduğunu söyləyib. 

APA xəbər verir ki, polkovnik Dumbuya bu barədə “Fransa 24” telekanalına bildirib.
 
“Prezident, artıq həkim tərəfindən müayinə olunub. Narahatçılığa heç bir səbəb yoxdur”, deyə polkovnik vurğulayıb: “Ordu hakimiyyətlə "oynamaq" və ya "zarafat etmək" niyyətində deyil və ölkəyə kömək etmək üçün keçmiş hökumətin səhvlərini düzəltmək istəyir”.
 

# 930
avatar

Oxşar yazılar