Qorxulu vulkan püskürməsi nəticəsində ölənlərin sayı 13-ə çatdı-VİDEO -YENİLƏNİB
05 dekabr 2021 09:43 (UTC +04:00)

Qorxulu vulkan püskürməsi nəticəsində ölənlərin sayı 13-ə çatdı-VİDEO-YENİLƏNİB

İndoneziyanın Yava adasındakı Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Lent.az bildirir ki, bu barədə Detik xəbər portalına Baş nazirinin müavini Lumajang İnda Ampervati bildirib.

Baş nazirin müavini qeyd edib ki, bu gün daha 12 nəfərin cəsədi tapılıb:

“Bir yerli sakinin ölümü isə şənbə günü təsdiqlənib”.

Rayon icra başçısının müavini isə qeyd edib ki, xilasedicilər axtarış işlərini davam etdirirlər.  

Onlarla insan təbii fəlakət nəticəsində yanıq xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Portalın yaydığı məlumatda qeyd edilir ki, yerli sakinlər erkən xəbərdarlıq sisteminin işləmədiyini, buna görə də bir çoxlarının evlərini tərk etməyə vaxt tapmadığını bildiriblər.

Semeru vulkanının aktivliyində artım şənbə günü yerli vaxtla təxminən saat 15:20-də qeydə alınıb.

 

 

***

4 dekabr saat 23:38

 

İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanının püskürməsi nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb.

Lent.az-ın məlumatına görə, bu barədə rayon administrasiyası rəhbərinin müavini İndah Masdar bildirib.

Onun sözlərinə görə, yaraılar müxtəlif dərəcəli yanıq xəsarətləri alıb: “Yaxınlıqdakı sakinlər təxliyə edilir. Əraziyə qatı tüstü dumanı çöküb. Bu, xilasedicilərin işini çətinləşdirir. Püskürmə nəticəsində ətrafa sıçrayan vulkan külü yollardan birini bağlayıb, ərazidəki körpü tamamilə dağılıb”.

# 6036
avatar

Oxşar yazılar

Dünyada ən təhlükəli nəqliyyat növü  budur

Dünyada ən təhlükəli nəqliyyat növü budur

28 mart 2024 , 16:57
DƏHŞƏT!  Yaşayış evi yandı, 3 uşaq həlak odu 

DƏHŞƏT! Yaşayış evi yandı, 3 uşaq həlak odu 

28 mart 2024 , 08:25
Apreldən qazın qiyməti  xeyli artacaq

Apreldən qazın qiyməti xeyli artacaq

28 mart 2024 , 06:51
Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

28 mart 2024 , 01:30
İki kişi əlbir olub polisi soydu

İki kişi əlbir olub polisi soydu

27 mart 2024 , 20:39
Bu ölkədə 70 minə yaxın  dövlət qulluqçusu işdən çıxarılır

Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır

27 mart 2024 , 13:26
İranda daha bir polis öldürüldü  

İranda daha bir polis öldürüldü  

27 mart 2024 , 11:25
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

27 mart 2024 , 07:59