İranın Kirman əyalətində zəlzələ olub.
APA-nın Tehran bürosunun məlumatına görə, 4.3 bal gücündə yeraltı təkanlar Kirman əyalətində Ravər şəhəri yaxınlığında 9 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.