Qonşu ölkədə ilanların qışlama yeri tapıldı
21 fevral 2024 06:23 (UTC +04:00)

Qonşu ölkədə ilanların qışlama yeri tapıldı

Gürcüstanın Kareli bələdiyyəsinin kəndlərindən birində tikinti meydançasında çalışan fəhlələr qazıntı zamanı ilanların qışlama yerini aşkar ediblər. Yataqda çoxlu sayda ilanın olması fəhlələri təşvişə salıb.

Lent.az xəbər verir ki, əraziyə gələn herpetoloqlar yataqda 136 şahmar və ya qırmızı qarınlı ilan aşkar ediblər. Burada digər növ ilanlar da olub.

Tədqiqatçılar ilanları qış üçün bazalarından birinə köçürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25662
avatar

Oxşar yazılar