Qızılcaya yoluxma artdı
25 yanvar 2024 06:27 (UTC +04:00)

Qızılcaya yoluxma artdı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən ilin yanvar-oktyabr aylarında Avropanın 53 ölkəsinin 40-da qızılca xəstəliyinə 30 minə yaxın yoluxma halı qeydə alınıb. Bu, 2022-ci il üzrə göstəriciləri 30 dəfə üstələyib.

Lent.az xəbər verir ki, xəstəliyə yoluxma nəticəsində 21 min nəfər xəstəxanaya yerləşdirilib, 5 nəfər ölüb.

“Bu, narahatçılıq doğurur. Vaksinasiya uşaqları bu potensial təhlükəli xəstəlikdən qorumaq üçün yeganə yoldur”, — deyə ÜST-nin Avropa üzrə regional bürosunun rəhbəri Hans Anri P.Klyuge qeyd edib.

Böyük Britaniyada da qızılcaya yoluxanların sayı kəskin şəkildə artıb, xəstələnlərin çoxu 10 yaşına qədər uşaqlardır.

Ölkənin Milli Səhiyyə Xidmətinin məlumatına əsasən, 16 yaşına qədər 3,4 milyondan çox britaniyalı uşaq bu yoluxucu xəstəlikdən müdafiə olunmayıb. Buna görə də daha çox valideyni uşaqlarını peyvənd etməyə təşviq etmək üçün kampaniyaya start vermək qərarına gəlinib.

2019-2022-ci illərdə Avropada vaksinasiya ilə əhatə orta hesabla 96 faizdən 93 faizə düşüb. Səbəblərdən biri kimi pandemiya və ona qarşı görülən tədbirlər qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4488
avatar

Oxşar yazılar