İsrailin Fələstinin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 1537 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 6612 nəfər yaralanıb.
HAMAS-ın İsrailə hücumu nəticəsində isə ölənlərin sayı 1300 nəfərə çatıb.
Bildirilib ki, müharibə başlayandan bəri 3300 nəfər yaralanıb. Onlardan 28 nəfərinin vəziyyəti çox ağır, 350 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.