Qəzza zolağında  7 jurnalist öldürüldü
11 oktyabr 2023 13:25 (UTC +04:00)

Qəzza zolağında 7 jurnalist öldürüldü

Qəzza zolağında 7 fələstinli jurnalist öldürülüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Jurnalistləri Müdafiə Komitəsi HƏMAS İsrailə hücuma başladıqdan sonra Qəzza zolağında azı 7 fələstinli jurnalist həlak olduğunu açıqlayıb.

Bölgədəki müharibənin ilk üç günü ərzində yeddi ölüm, iki yaralanma və iki həbs faktını qeydə alınıb. Qeyri-kommersiya təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə proqram koordinatoru Şerif Mansur, "CPJ vurğulayır ki, jurnalistlər böhran zamanı mühüm iş görən mülki şəxslərdir və müharibə edən tərəflər tərəfindən təqib edilməməlidir. Dünyada milyonlarla insan münaqişə haqqında dəqiq məlumat vermək üçün regiondakı müxbirlərə etibar edir. Bütün mülki şəxslər kimi jurnalistlərə də hörmət edilməli və qorunmalıdır”.

Ötən şənbə günü üç jurnalist - Mohammad Al-Salhi, Mohammad Jargoon və Ibrahim Mohammad Lafi münaqişəni işıqlandırarkən güllələnib. İki gün sonra Qəzza zolağının Rimal məhəlləsində İsrailin hava hücumu nəticəsində üç müxbir - Səid əl-Tavil, Məhəmməd Sobih və Hişam Əlnvəcha həlak olub. Həmin gün Salam Mema əri və üç uşağı ilə birlikdə Qəzzanın şimalındakı evlərinin ayrı-ayrı hücumda atəşə tutulmasından sonra həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2625
avatar

Fidan İlqar

Oxşar yazılar