Çərşənbə günü Vaşinqtonda qəzaya uğrayan təyyarənin qara qutuları tapılaraq şifrənin açılması üçün göndərilib.
Lent.az xəbər verir ki, bu barədə ABC televiziya şirkəti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, pilotların kabindəki söhbətlərini və təyyarənin uçuş parametrlərini qeydə alan registratorlar Potomak çayından götürülərək Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına göndərilib.