Fransanın Alp dağlarında qar uçqunu 4 norveçli xizəkçini pistdən çıxararaq həyatına son qoyub. Həmin gün Yuxarı Savoya bölgəsində Şamoniks yaxınlığında daha bir qar uçqunu isveçrəli xizəkçinin ölümünə səbəb olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, ölən norveçlilər İtaliya ilə sərhəddə Val-Cenisdə qar uçqunu altında qalan 7 xizəkçi qrupunun bir hissəsidir. Üç nəfər hadisə yerində ölüb. Savoya prefekturasının sözçüsü bildirib ki, daha bir qadın ürək və tənəffüs tutulması, eləcə də ağır hipotermiya ilə Qrenobldakı xəstəxanaya aparıldıqdan sonra ölüb. Qrupun qalan hissəsi xoşbəxtlikdən xəsarət almayıb.
Val-Cenis şəhərinin meri Jak Arnunun sözlərinə görə, bütün xizəkçilər pistdən kənarda xizək sürmə ilə məşğul olduqları üçün uçqun sensorları ilə təchiz ediliblər: “Bu, xizək zonasından kənarda baş verən böyük uçqun idi”.