Qəza baş verən dəmiryolu xəttində 23 ildir  siqnal sistemi işləmir
01 mart 2023 23:13 (UTC +04:00)

Qəza baş verən dəmiryolu xəttində 23 ildir siqnal sistemi işləmir

0

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis 38 nəfərin öldüyü dəmiryolu qəzasına insan amilinin səbəb olduğunu deyib.

Lent.az-ın xəbərinə görə, hökumət başçısı bunu qəza yerinə baxış keçirərkən bildirib.  

Larisa şəhərinin dəmiryolu stansiyasının rəisi qəzaya görə təqsirkar olduğunu edyib.

Maşinistlərin həmkarlar təşkilatı bildirir ki, sözügedən mənzildə siqnallaşma sistemi işləmir. 2000-ci ildən bütün işlər əllə aparılır.

Qeyd edək ki, Yunanıstanda baş vermiş qəza zamanı yük və sərnişin qatarı toqquşub. Qəza zamanı sərnişin qatarında 346 nəfər olub və son məlumatlara əsasən 38 nəfər ölüb, 85 nəfər yaralanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2080

Oxşar yazılar