ABŞ Prezidenti Co Baydenin sərəncamı ilə Karolin Kennedi ölkənin Yaponiyada səfiri təyin edilib.
Lent.az-ın xəbərinə görə, məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Karolin Kennedi buna qədər Yaponiyada səfir vəzifəsində çalışıb. O, ABŞ-ın qətlə yetirilmiş prezidenti Con Kennedinin (1961-1963) həyatda olan yeganə övladıdır.