Müəmmar Qəddafinin oğlu Saadi
06 sentyabr 2021 07:12 (UTC +04:00)

Müəmmar Qəddafinin oğlu Saadi

Qəddafinin oğlu həbsxanadan çıxdıqdan dərhal sonra Türkiyəyə uçdu

0

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Saadi Tripoli həbsxanasından çıxdıqdan dərhal sonra təyyarə ilə Türkiyəyə uçub.

APA-nın məlumatına görə, Ədliyyə Nazirliyindəki mənbə “Agence France-Presse”ə bildirib ki, Saadi bir neçə il əvvəl çıxarılan məhkəmə qərarına əsasən həbsdən azad edilib. 

Baş prokuror bütün lazımi şərtlər yerinə yetirildikdən sonra qərarın icrasını istəyib.

Xatırladaq ki, 2011-ci ildə Müəmmar Qəddafi rejimi devrildikdən sonra ailəsi və yaxınlarının həbsinə qərar verilmişdi. 1973-cü il təvəllüdlü Saadi Nigerə qaçsa da, 2014-cü ildə Liviyanın yeni hakimiyyət orqanlarına təhvil verilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2587

Oxşar yazılar