Sudanın Darfur regionunda baş verən qarşıdurmalarda azı 160 nəfər ölüb.
Lent.az-ın xəbərinə görə, bunu Darfur Qaçqınlarının Baş Koordinatorluğu məlumat verib.
Bildirilib ki, qarşıdurma bir qəbilənin digərinə qisas məqsədi ilə hücumundan sonra başlayıb. Tayfalar toqquşma zamanı evləri yandırıb, mal-qaranı aparıblar. Həkimlər ölənlərin sayının artacağından narahatdırlar. Xəstəxanalardakı 50-dək yaralının vəziyyəti ağırdır.