Hindistanın şərqində yüksək sürətli sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb.
Lent.az-ın məlumatına görə, qatarın on iki vaqonunun relsdən çıxması nəticəsində azı dörd nəfər ölüb, daha yüzə yaxın sərnişin isə xəsarət alıb.
Qatarın qəzaya uğramasının səbəbləri müəyyənləşdirilir.