Kafanda yerləşən hərbi hissənin komandiri Araik Madatyan, bu yaxınlarda eyni hərbi hissədən bir neçə hərbçi ilə qarşıdurmaya girib.
Lent.az-ın Ermənistan mediasına istinadla verdiyi xəbərə görə, komandir onlara qarşı fiziki güc də tətbiq edib.
“İstədiyimə nail olmasam, deməli, bu hərbi hissənin komandiri deyiləm ... ikinizi də sındıracağam”, - Madatyan tabeçiliyindəkilərin qarşısında bətan edib.
Məlumata görə, Qarabağda Azərbaycan ordusunun misilsiz qələbəsi ilə başa çatan 44 günlük müharibədənsonra çağırışçıların bir qrupu məzuniyyətə gedib, onların bir neçəsi hərbi xidmətlərini davam etdirmək üçün Qarabağa qayıtmaq istəməyiblər.
Nəticədə Ermənistanın Müdadfiə Nazirliyi Qarabağa getməkdən imtina edən əsgərlərin Ermənistan ərazisindəki müxtəlif hərbi hissələrə bölüşdürülməsi haqda qərar verib.
Qafanda dislokasiya olunan hərbi hissənin komandiri Araik Madatyan az müddət sonra həmin əsgərləri hədəfə alıb və proses insidentə qədər gedib çıxıb. Bu insidenti demək olar bütün hərbi hissənin şahidi olduğu bildirilir.
Hərbçilər komandirlərini sakitləşdirməyə çalışsalar da, o, qışqırmağa davam edib.