Qanun layihəsi təsdiqləndi - Casusluğa qarşı tədbirlər sərtləşdirilir
02 oktyabr 2025 04:02 (UTC +04:00)

Qanun layihəsi təsdiqləndi - Casusluğa qarşı tədbirlər sərtləşdirilir

0

Almaniya hökuməti xarici kəşfiyyat xidmətləri üçün casus kimi işləyən şəxslərə qarşı cəzaları sərtləşdirməyi planlaşdırır.

Lent.az xəbər verir ki, bu haqda DPA xəbər agentliyi məlumat ayyıb.

Məlumatda bildirilir ki, cəzaların sərtləşdirilməsi ilə bağlı qərar Almaniya hökumətinin təsdiq etdiyi qanun layihəsində öz əksini tapır.

Sənəd Almaniya Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb. Sənədin Bundestaq (Almaniya parlamenti) və Bundesrat (Almaniya dövlətlərinin nümayəndələr palatası) tərəfindən nəzərdən keçirilməsi planlaşdırılır.

Qanun layihəsinə görə, Almaniyaya qarşı xarici kəşfiyyat xidmətinin maraqları naminə fəaliyyət göstərən və ya buna razı olan hər kəsi 6 aydan 10 ilə qədər həbs cəzası gözləyir.

Hazırda belə agentləri, xüsusilə ağır hallar istisna olmaqla, beş ilədək həbs və ya cərimə gözləyir.

Bundan əlavə, gələcəkdə xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinərsə, həmin şəxsin gizli istintaq tədbirlərinə, o cümlədən telefon dinləmələrinə və onlayn axtarışlara da icazə veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar