Qanun layihəsi təqdim edildi - Parlament buraxılır
14 may 2026 06:22 (UTC +04:00)

Qanun layihəsi təqdim edildi - Parlament buraxılır

0

İsrailin hakim koalisiyası parlamentin hazırkı çağırışının buraxılması ilə bağlı qanun layihəsi təqdim edib.

Lent.az xəbər verir ki, bu barədə İsrailin Kan dövlət televiziyası məlumat yayıb.

Qanun layihəsi 13 mayda Baş nazir Benyamin Netanyahunun Likud partiyasından olan parlament üzvü, koalisiya sədri Ofir Katz tərəfindən təqdim edilib.

Layihənin bütün koalisiya fraksiyalarının rəhbərləri tərəfindən dəstəkləndiyi bildirilir.

Növbədənkənar parlament seçkilərinin tarixinin Knesset İşləri Komitəsində müzakirələr yolu ilə müəyyən ediləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar