Qadın yemək yarışında  boğulub öldü
26 fevral 2023 13:43 (UTC +04:00)

Qadın yemək yarışında boğulub öldü

0

Rusiyanın Omsk vilayətində qadın yemək festivalında ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə fevralın 25-də yemək müsabiqəsinin keçirildiyi sanatoriyada baş verib. Yarış zamanı 38 yaşlı iştirakçı boğularaq, tibbi yardım göstərilmədən ölüb.

Şahidlərin sözlərinə görə, hadisə yerində təcili yardım olmayıb. Sonradan çağırılsa da artıq gec olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3236

Oxşar yazılar