"Qadın  uşaq doğmaq   üçündür" - Qadınlar "mətbəxə" çağırıldı
04 noyabr 2023 19:58 (UTC +04:00)

"Qadın uşaq doğmaq üçündür" - Qadınlar "mətbəxə" çağırıldı

Çin səlahiyyətliləri, son illərdə sürətlə pisləşən demoqrafik böhranı aradan qaldırmaq üçün qadınları azad etmək və onları “mətbəxə” qaytarmağı düşünür.

Lent.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Milli Qadınlar Konqresinin bu yaxınlarda keçirilən qurultayından yazıb. 

Məlumata görə, beş ildən bir keçirilən “Qadınlar Konqresi” Çin Kommunist Partiyasının qadın problemlərinə diqqətini göstərməyə çalışdığı vasitələrdən biridir. Amma indi Kommunist Partiyası gender bərabərliyi və qadınların əmək şücaətləri haqqında bəyanatlar əvəzinə, qadının həyatının əsas məqsədinin evlilik və uşaq sahibi olmaq ideyasını təbliğ etməyə başlayıb:

"Partiyanın qadınların daha çox uşaq sahibi olması üçün çox ehtiyacı var. Çində doğum nisbəti kəskin şəkildə aşağı düşdüyü üçün demoqrafik böhran yaşayır və bu, əhalisinin 1960-cı illərdən bəri ilk dəfə azalmasına səbəb olur".

Demoqrafik böhran, yavaşlayan iqtisadiyyat və feminizmin inadkar yüksəlişi olan dövrdə Kommunist Partiyası qadınları gəncləri böyütməyə və yaşlılara qayğı göstərməyə çağıraraq, onları evə qaytarmağa qərar verib. 

Qadınlar Konqresində çıxış edən Dinq Xuexiang onilliklər ərzində belə yığıncaqlarda səslənən standart ifadəni qeyd etməyib: gender bərabərliyi əsas milli siyasətdir. Si özü gender bərabərliyinə başını tərpətsə də, ümumiyyətlə onun çıxışı qadınların ailədə, uşaq dünyaya gətirmək və böyütməkdə roluna həsr olunub.

Professor Fubin Su öz növbəsində xatırladıb ki, “bir ailəyə bir uşaq” siyasəti zamanı Kommunist Partiyası əhali artımını ləngitmək üçün cərimələrə, məcburi abortlara və sterilizasiyaya əl atıb.

Çində demoqrafik böhran:

Çinin əhalisi keçən il təxminən 850 min nəfər azalıb, bu, 1961-ci ildə Çini vuran aclıqdan sonra ilk dəfədir. BMT Çin əhalisinin 2050-ci ilə qədər 109 milyon nəfər azalaraq 1,3 milyard nəfərə çatacağını proqnozlaşdırır.

Ekspertlər deyirlər ki, demoqrafik böhranın səbəbləri 1980-2015-ci illərdə qüvvədə olan “bir uşaq siyasəti”nin nəticələri, habelə çinliləri uşaq sahibi olmaqdan imtina etməyə məcbur edən iqtisadi qarışıqlıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4467
avatar

Fidan İlqar

Oxşar yazılar