ABŞ-da keçmiş sevgilisi olan milyonçunu öldürməyə cəhd edən qadına həbs cəzası verilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, San Dieqodan olan 43 yaşlı Tatyana Remli keçmiş əri, 57 yaşlı Mark Remli üçün qatil tutduğunu etiraf edib.
Onlar Mark 25 milyon dollarlıq miras almamışdan əvvəl 2011-ci ildə evləniblər. Tatyana atçılıq məşqçisi işləyib və gələcək həyat yoldaşı ilə dərslərinin birində tanış olub.
2023-cü ilin mart ayında cütlük ayrılıb. Bundan sonra Tatyana Markın onu silahla hədələyərək zorladığını idda etməyə başlayıb.
Bundan əlavə, iddiada deyilir ki, “keçmiş arvad ciddi maliyyə stressi yaşayıb”. Boşanma zamanı kişi ona ayda 15.000 dollar təklif edib, lakin bu, onun üçün kifayət etməyib, çünki o, ayda ən azı 50.000 dollar xərcləməyi vərdiş halına gətirib.
2023-cü ilin avqustunda hüquq-mühafizə orqanlarının əməkdaşları Tatyananı “Starbucks” qəhvəxanasında saxlayıblar və bundan sonra o, sifarişli qətlin təşkilində ittiham olunub. İstintaq müəyyən edib ki, o, 2 milyon dollar müqabilində rəfiqəsindən keçmiş ərini öldürməsini istəyib. Lakin dostu məlumatı Markın özünə ötürüb və o, bu barədə polisə məlumat verib.
Tatyana Remli bu yaxınlarda qətl təşkil etməyə cəhd etdiyini etiraf edib. Məhkəmənin hökmü ilə o, 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.