Rusiya prezidenti Vladimir Putin "China Media Corporation"a müsahibəsində xokkey oynamaqdan həzz aldığını bildirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, o, 10 yaşında konki sürməyə başlayıb.
Rusiya Prezidenti eyni vaxtda konki sürməyi və xokkey oynamağı öyrənib:
“İndi mən bunu məmnuniyyətlə edirəm. Bunlar komanda idmanıdır, həmişə maraqlı, emosional, həyəcanlıdır. Bir müddət işlərə ara verib, dincəlmək imkanı yaradır”.