Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında diqqət çəkən açıqlamalar verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, V. Putin Ukraynadakı müharibəni dayandırmaq istədiklərini dilə gətirib. O, bu barədə fikirlərini Hindistanın baş naziri Narendra Modi ilə görüşdə səsləndirib.
Rusiya prezidenti baş nazirin Ukrayna ilə bağlı suallarını cavablayarkən müharibəni mümkün qədər tez bitirmək istədiklərini bildirib. Onun sözlərinə görə, ancaq qarşı tərəf sülhdən imtina edir və yalnız müharibə meydanında nəticə əldə etmək istədiklərini açıqlayıb.
Putin Hindistanın baş nazirinə qarşıdakı günlərdə Ukrayna məsələsində baş verəcək dəyişikliklər barədə məlumat verəcəyini də qeyd edib.