“Vladimir Putin doğum gününə baxmayaraq, həmin gün adi qaydada iş qrafikində çalışacaq. Doğum gününü hər il olduğu kimi, axşam işdən sonra ailəsi və dostları ilə birlikdə qeyd edəcək”.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin 69 yaşı tamam olur. O, 1952-ci il oktyabrın 7-də Leninqradda (indiki Sankt-Peterburq) anadan olub.