Bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putin Şimali Osetiya respublikasının başçısı Vyaçeslav Bitarovu istefaya göndərib. Lent.az-ın Kremlin rəsmi saytına istinadən məlumatına görə, onun yerinə müvəqqəti olaraq Rusiya prezidentinin Sibir Federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Sergey Menyalo təyin edilib.
Sergey Menyalonun 61 yaşı var. Alaqir şəhərində anadan olub. Maraqlıdır ki, o, 1983-cü ildə Bakıdakı Xəzər Hərbi Dəniz Məktəbini bitirib. İxtisasca mühəndis-şturmandı.