Professor tələbələri “debil” adlandırdı – ALƏM QARIŞDI
24 noyabr 2021 03:46 (UTC +04:00)

Professor tələbələri “debil” adlandırdı – ALƏM QARIŞDI

0

Fransanın Qərbi Bretan Universitetinin professorunun rəhbərliyə ünvanladığı elektron məktub ciddi müzakirə mövzusu olub.

Lent.az-ın xəbərinə görə, professor distant təhsil zamanı tələbələrin imtahanlarda saxtakarlığa yol verdiyini, lakin rəhbərliyin buna göz yumduğunu iddia edib.

Bundan başqa, müəllim universiteti son tədris ilində imtahanda saxtakarlığa yol vermiş tələbələrə güzəşt etməkdə ittiham edib. O eyni zamanda qeyd edib ki, “tələbələrin bir qismi debildir, ən sadə mətnin mənasını qavramır, cümlələri hıqqana-hıqqana oxuyur”.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Fransız mediasına müsahibə verən professorun cavabı konkret olub: “sözümün arxasındayam. Buyurun dərslərdə iştirak edib vəziyyəti özünüz görün”  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1872

Oxşar yazılar