Hindistanda bir polis məmuru ilana süni tənəffüs etdirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ilanın təsadüfən yerli su təchizatına düşməsi nəticəsində pestisidlərdən zəhərləndiyi bildirilir. Atul Şarma adlı bir polis məmuru ilanın zəhərli olmadığını bilərək, kütlənin gözü qarşısında süni tənəffüslə onu canlandırmağa çalışıb.
Polis əməkdaşı ilanın içindəki zərərli maddələri çıxarmaq üçün onu suda yuyub. Sürünənin həyatı xilas olunandan sonra kişi onu baytarlara aparıb və onlar müayinədən sonra heyvanı yenidən təbiətə buraxıblar.
Bir liana süni tənəffüs etməyi haradan öyrəndiyini soruşanda, Atul “Discovery Channel”i yaxından izlədiyini və bunun sayəsində 2008-ci ildən bəri 50-dən çox ilanı xilas etdiyini söyləyib.