Lent.az-ın xəbərinə görə, bubarədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Görüntülərdə gülləkeçirməz jilet geyinmiş danimarkalı ifrat sağçı fəalın müsəlmanlar üçün müqəddəs kitabı murdarlamağı planlaşdırdığı görünür - yandırmazdan əvvəl o, kitabın üzərinə ayaqqabı geyindirir ki, bu da təhqiramiz bir jestdir.
Yoldan ötən qadın Quranı götürüb qaçmağa çalışsa da, fəalı qoruyan polis onu yaxalayıb. Polis qadını yerə yıxıb və Quranı götürərək cırıb.