Polis mayoru serjantlarla birgə tutuldu - ÖMÜRLÜK HƏBS
06 iyun 2024 20:42 (UTC +04:00)

Polis mayoru serjantlarla birgə tutuldu - ÖMÜRLÜK HƏBS

Filippində əcnəbiləri qaçırmaqda şübhəli bilinən 4 polis məmuru həbs edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ilkin məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları üç çinli turistin və bir malayziyalının oğurlanmasında iştirak ediblər. Küçə müşahidə kameralarının görüntülərinə görə, iki şübhəli keçən həftə Manila ətrafında əcnəbiləri daşıyan dəbdəbəli mikroavtobusu pusquya salıb. Bundan sonra onların ortaqları turistlərin qollarını qandallayıb və avtomobilə sürükləyiblər. Oğurlanan iki turist qaçaraq hadisə barədə səlahiyyətlilərə məlumat verə bilib. Girov olaraq qalan kişilər döyülüb və azadlığa buraxılmaları üçün təxminən 2.5 milyon peso (təxminən 70 min manatdan çox) pul ödəyiblər.

Filippin Milli Polisinin rəhbəri general Fransisko Marbil Rommel bildirib ki, polis əməkdaşlarının qeyri-qanuni fəaliyyətlə məşğul olması sevindirici hal deyil:

“Bu, ömürlük həbslə cəzalandırılır və digər polis məmurlarına ciddi xəbərdarlıq olmalıdır”.

Polisin hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, oğurluq hadisəsində bir polis mayoru və onun tabeliyində olan 3 serjant iştirak edib. Onlar artıq quldurluq, adam oğurluğu və avtomobil oğurluğu maddələri ilə ittiham olunublar. 

İşdə iştirak edən 10 mülki şəxs, o cümlədən adam oğurluğunu planlaşdırdığı iddia edilən filippinli iş adamı azadlıqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4008

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26