Fransa polisinin həyata keçirdiyi son əməliyyat ciddi müzakirə mövzusuna çevrilib.
Lent.az-ın xəbərinə görə, polisin 3 gün əvvəl həbs etdiyi ər-arvadın ifadələri sayəsində ölkənin cənubunda minlərlə saxta sertifikat sahibi müəyyən edilib.
Polisin açıqlamasında göstərilir ki, bu tip sənəd əldə edən təxminən 10 min nəfər aşkar edilib. Saxta sertifikat satan şəbəkə 2 milyon avrodan çox vəsait əldə edib.
Qeyd edək ki, hazırda saxta vaksin sertifikatı ilə bağlı Fransa polisinin icraatında 400-dən çox iş var. Ehtimala görə, ölkədə azı 110 000 nəfərin peyvənd sertifikatı saxtadır.