Böyük Britaniyada bir şəhəri pişik boyda siçovullar zəbt edib.
Lent.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb. Yerli sakinlər gəmiricilərin infeksiya daşımasından və epidemioloji vəziyyəti təhlükəyə atmasından narahatdırlar.
Məlumata görə, nəhəng siçovullar Burnli şəhərinə qəflətən üzə çıxıblar. Demək olar ki, bütün
yerli zibil qutularını zəbt edərək, insanların atdığı yeməkləri yeyiblər. Yerli sakin Cimmi Pillinq siçovulların hətta evlərə girdiyini deyib. Onun sözlərinə görə, şkafda “pişik boyda” siçovul tapan və zərərvericilərlə mübarizə üzrə mütəxəssis işə götürüb:
“Təkcə bu il biz siçovullardan xilas olmaq üçün 1500 funt sterlinq xərcləmişik. Hakimiyyətdən heç bir kömək almırıq”.
Şəhər rəhbərliyi cavab verib ki, insanların şəxsi mülkiyyəti onların məsuliyyəti deyil və ictimai küçələrdə “birdəfəlik təmizlik” aparılıb.